Fransanın baş naziri Qabriel Attal istefa ərizəsini respublika prezidenti Emmanuel Makrona təqdim edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Telekanal xəbər verir ki, “Attal Yelisey Sarayına istefa ərizəsini prezident Makrona təqdim etmək məqsədi ilə gəlib”.
Materialın müəllifləri qeyd ediblər ki, Fransa lideri Attalın istefasını qəbul edərsə, o, “yeni hökumət başçısı təyin olunana qədər” baş nazir vəzifəsini davam etdirəcək.
Qeyd edək ki, iyulun 7-də Fransada respublika parlamentinin aşağı palatasına növbədənkənar seçkilərin ikinci turu keçirilib.
Aparıcı Yeni Xalq Cəbhəsinin rəhbəri Jan-Lyuk Melenşon hökuməti qurmağa hazır olduğunu açıqlayıb.
İlhamə
Gununsesi.info