“Fransanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması ədalət adına ləkədir” -Cavanşir Feyziyev

“Əslində BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər özlərinin siyasətini yürütmək üçün bu üzvlükdə süi-iatifadə ediblər. Cənab Prezident də öz çıxışında bu məsələyə diqqət çəkirdi.

Bu ölkələrdən biri Fransadır. Amma Fransa dünyada terrorizmi, işğalı davam etdirən bir ölkədir. Məhz belə dövlətlərə görə dünyada sülh yoxdur”- Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, Fransa dünyada həm də islamafobiyanı təbliğ edən bir ölkədir.

“Fransa işğalçı bir ölkədir. Fransadan 9 min kilometr uzaqlıqda yerləşən Kaledoniyanı işğal edib. Fransa həmçinin Korsikanı işğal edib. Belə bir ölkənin BMT Təhlükəsizlik Şurasında təmsil olunması ədalət adına ləkədir .”- deyə millət vəkili Cavanşir Feyziyev bildirib.