Fransanın dövlət qurumlarına misli görünməmiş kiberhücum

  • By admin
  • 12 Mart 2024 15:22

Fransada dövlət qurumları misli görünməmiş intensivliklə kiberhücumlara məruz qalıb.

Gununsesi.info xəbər verir ki, Fransanın Nazirlər Kabineti nazirliklər də daxil olmaqla bir çox dövlət qurumlarının “görünməmiş intensivlikdə” kiberhücumlara məruz qaldığını açıqlayıb.

Nazirlər kabinetinin yaydığı açıqlamada, martın 10-dan etibarən bəzi dövlət qurumlarının kiberhücumların hədəfinə çevrildiyi bildirilib. Açıqlamada “oxşar texniki vasitələrdən istifadə etməklə” həyata keçirilən hücumların “görünməmiş intensivlikdə” olduğu bildirilib.

Açıqlamada bu hücumların zərərsizləşdirilməsi üçün əks tədbirlərin aktivləşdirildiyi, bir çox saytın təmir edildiyi bildirilib.

Digər tərəfdən, nazirliklərarası Rəqəmsal Müdirliyə (DINUM) və Milli İnformasiya Sistemləri Təhlükəsizliyi İnstitutuna (ANSSI) bağlı qrupların hücumlar tamamilə zərərsizləşdirilənə qədər filtrasiya işləri üçün səfərbər edildiyi açıqlanıb.

Bildirilib ki, hücumdan zərər çəkən qurumlar arasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekoloji Keçid Nazirliyi, Baş Nazirlik və Mülki Aviasiya Baş İdarəsi də var.

Baş nazirlik bəyanatında hücumların kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməsə də, “Le Figaro” qəzeti Telegram vasitəsilə hücumlara görə məsuliyyəti “Anonim Sudan” adlı haker qrupunun üzərinə götürdüyünü açıqlayıb.

 

Gununsesi.info