Fransanın keçmiş Baş nazirinə və həyat yoldaşına cəza verildi

  • By admin
  • 30 İyun 2020 00:35

 

Fransanın keçmiş Baş naziri François Fillon və onun uelsli həyat yoldaşı “saxta iş” ittihamı üzrə həbs cəzası alıblar.

Mühafizəkar Respublikaçılar Partiyasından olan Fillon həyat yoldaşı Penelope Fillon-a parlamentdəki köməkçisi adı ilə heç vaxt etmədiyi işə görə 1.156 milyon avro (1.06 milyon funt sterlinq) ödəməkdə təqsirli bilinib.

Keçmiş Baş nazir üç ili şərti olmaqla, 5 il, həyat yoldaşı isə 3 il şərti həbs cəzasına məhkum edilib.

Keçmiş Baş nazirin və xanımının qərardan apellyasiya verməsi Fillonun dərhal saxlanmasına mane olub.

Qalmaqal 2017-ci ildə onun prezidentliyə namizədliyinin ləğv olunması ilə nəticələnib.

66 yaşlı François Fillon 1958-ci ildə ölkədə Beşinci Respublika başladıqdan bəri həbs cəzası alan ən yüksək vəzifəli şəxsdir.

Hökm oxunan zaman onların koronavirusa görə taxdıqları maska cütlüyün üz ifadələrini gizlədib.

Fillon on illərlə siyasətdə olub. Öncə millət vəkili, sonra senator və daha sonra bir sıra nazir vəzifələrində işlədikdən sonra, o, 2007-2012 illərdə Prezident Nikola Sarkozinin rəhbərliyi zamanı Fransanın Baş naziri olub.