Fransanın Lion şəhərində 450 məktəbli koronavirusa görə karantinə alınıb

  • By admin
  • 07 İyul 2020 17:23

Fransanın Lion şəhərində 450 məktəbli, eləcə də məktəbin müəllim və texniki heyəti karantinə alınıb.

Gununsesi.org xəbər verir ki, Lyonun 7-ci rayonunda Gilbert-Dru məktəbində COVID-19 virusuna bir neçə yoluxma aşkarlandıqdan sonra bu qərar qəbul olunub.

Məktəblilərdən götürülən testlərin nəticələri neqativ çıxsa belə, onlar 14 gün karantində qalacaqlar.

Lionun yaxınlığındakı Venissieux, Villeurbanne və Saint –Fons məktəblərində də yoluxma halları qeydə alınıb.

 

 

Gununsesi.org