Fransanın məşhur nəşri Alxanlıda dinc sakinlərin ölümündən yazıb

  • By admin
  • 08 İyul 2017 14:00

opinion_080717

Fransanın “Opinion Internationale” nəşri erməni qoşunlarının Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin ölümü ilə nəticələnmiş növbəti təxribatı haqqında məqaləni baş xəbər kimi dərc edib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi mılumata görə, məqalədə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu nəzərdən keçirilir.

Məqalədə xüsusilə vurğulanır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, dünya ictimaiyyəti tərəfindən qəbul edilib.

Məqalədə həmçinin, fransalı parlamentarilərin Ermənistana təzyiq göstərmək çağırışı ilə bağlı ölkə prezidenti Emmanuel Makrona ünvanlanmış müraciətin mətni də yer alıb.

Gununsesi.info