Fransanın müdafiə naziri Sebastian Lekornu bildirib ki, o, tezliklə Ermənistana silah istehsalçılarından ibarət böyük nümayəndə heyəti ilə səfər edəcək.
“Bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəri olacaq”, – nazir söyləyib.
Gununsesi.info-nun xəbərinə görə, nazir qeyd edib ki, Fransa İrəvana kömək etmək və “müdafiə potensialını artırmaq” üçün “məsuliyyət daşıyır”.
S.Lekornunun sözlərinə görə, xüsusilə, söhbət yerdən havaya müdafiə və zirehli texnikadan gedir:
“Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzədir”.
Dünən “Bloomberg” agentliyi Fransanın Ukraynaya hərbi yardım göstərməklə bağlı problemləri barədə məlumat yayıb.
Fransa məhdud büdcə səbəbindən Ukraynaya 3 milyard avro dəyərində hərbi yardımı (raket və artilleriya sursatlarının tədarükü) ödəməkdə çətinlik çəkir.
Gununsesi.info