Fransanın keçmiş ədliyyə naziri Kristian Tobira şənbə günü ölkədə 2022-ci ilin aprelində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.
Bu barədə Gununsesi.info Fransa mətbuata istinadən xəbər verir.
“Mən respublika prezidenti seçilmək üçün öz namizədliyimi irəli sürürəm”, – deyə o, Lionda keçirilən mitinqdə çıxış edərək bildirib.
K. Tobira 2 fevral 1952-ci il tarixində Fransa Qvianasında anadan olub. Fransanın bu xaricdəki ərazisinin müstəmləkəsizləşdirilməsini müdafiə edən yerli hərəkatın sıralarında siyasi karyerasının lap əvvəlindən o, həmişə solçularla bağlı olub. Tobira 1992-ci ildə əri ilə birlikdə sosialistlərə yaxın olan şəxsi “Valvari” partiyasını təsis edib.
2002-ci ildə o, ilk dəfə Solların Radikal Partiyasından Fransa prezidentliyinə namizədliyini irəli sürüb, lakin birinci turda yalnız 2,32% səs toplayıb. 2007-ci ildə Tobira həm də bu partiyadan dövlət başçısı vəzifəsinə seçilməyi planlaşdırırdı, lakin partiyanın qurultayında onun nümayəndəsinin namizədliyinin irəli sürülməməsi və Sosialist Partiyası ilə birləşməsinə qərar verilib.
Tobira 2012-2016-cı illər əzrzində Fransanın ədliyyə naziri vəzifəsində çalışıb.
Xatırlada ki, Fransada seçkilər iki mərhələdə keçiriləcək – 10 və 24 aprel. Seçki kampaniyasının təqvimi ərizəçilərə martın əvvəlinə qədər öz namizədliyini irəli sürməyə imkan verir.
Gununsesi.info