Almaniyanın xarici işlər nazirləri Annalen Barbok və Fransanın xarici işlər nazirləri Stefan Sejurnenin Ukraynaya dəstək, eləcə də Yaxın Şərqdə gərginliyin azaldılması və digər məsələlərlə bağlı birlikdə görəcəyi çox iş var.
Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri X sosial şəbəkədə bildirib.
“Fransa-Alman cütlüyü hər zamankindən daha vacibdir. Annalen Barbok, Berlində səmimi qəbula görə təşəkkür edirəm. Avropanın suverenliyi, Ukraynaya dəstək, Yaxın Şərqdə deeskalasiya: bizim birlikdə görəcəyimiz çox şey var!”, – deyə Sejourne Barbok ilə birgə mətbuat konfransından sonra yazıb.
Gununsesi.info