Fransanın yeni baş naziri cinsi azlıqlardandır

  • By admin
  • 09 Yanvar 2024 22:48

Fransada yeni baş nazir təyinatı dünya mediasının gündəmi olub.

Buna səbəb isə 34 yaşlı baş nazir Qabriel Attalın gey olmasıdır.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, prezident Makron onu bu vəzifəyə təyin edərkən “bir neçə dövlət vəzifəsində çalışmış cənab Attal Fransanın ən gənc dövlət adamlarından biridir” deyib.

Fransa mediası yazır ki, Attal bu ölkənin tarixində  ilk açıq gey baş naziri oldu.

Bu yaxınlarda keçirilən Ipsos-Le Point rəy sorğusu onun cəmi 40 faiz bəyənmə reytinqinə malik olsa da, Fransanın ən populyar siyasətçisi olduğunu göstərdi.

 

Gununsesi.info