Fransanın yeni Baş naziri təyin olundu

  • By Günel
  • 05 Sentyabr 2024 15:48

Fransanın yeni Baş naziri təyin edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu posta Mişel Barnye gətirilib.

Qeyd edək ki, 73 yaşlı Barnye 2016-cı ildə “Brexit” işçi qrupunun rəhbəri olana qədər dörd dəfə kabinet naziri (Ətraf mühit, Fransanın Avropa məsələləri üzrə naziri, xarici işlər və kənd təsərrüfatı naziri) və iki dəfə Avropa komissarı vəzifələrində çalışıb.

Gununsesi.info