Fransanın yeni baş nazirinin ailə gizlinləri ortaya çıxdı – ŞOK FAKTLAR

  • By admin
  • 10 Yanvar 2024 15:02

Bir gün əvvəl bu vəzifəyə təyin olunan Fransanın yeni baş naziri Qabriel Attalın əcdadları Odessada yaşayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Fransa hökumətinin yeni başçısı İv Attalın atası Tunisdən Fransaya köçmüş yəhudi ailəsindəndir.

Attalın anası Mari de Courisse isə Odessada yaşayan yunan əsilli rus ağqvardiyaçı mühacir ailəsindəndir.

Qəzet yazır ki, Attalın anası onu pravoslav inancında böyüdüb.

“The Guardian”ın sitat gətirdiyi 2019-cu ildə “Liberation”a verdiyi müsahibədə Attal bunları açıqlayıb: “Atam mənə dedi: “Ola bilər ki, sən pravoslavsan, amma özünü bütün ömrün boyu yəhudi kimi hiss edəcəksən, çünki əsas etibarilə öz adına görə antisemitizmdən əziyyət çəkəcəksən”.

Xatırladaq ki, təhsil naziri vəzifəsində çalışmış Qabriel Attal yanvarın 9-da baş nazir təyin edilib. 34 yaşlı Attal Fransa tarixində ən gənc baş nazir olun.

Gununsesi.info