Fransanın yeni həmsədri Nalbandyanla görüşüb

  • By admin
  • 14 Dekabr 2016 18:23

hemsedr

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş fransalı həmsədri Stefan Viskonti Ermənistanda xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Gununsesi.info erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

Xatırladaq ki, Stefan Viskonti 2 gün öncə Azərbaycanda olub və Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Stefan Viskonti oktyabrın ortalarında ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin olunaraq bu vəzifədə Pyer Andryunu əvəz edib.

Gununsesi.info