Fransanın yeni prezidenti mayın 14-də səlahiyyətlərinin icrasına başlayacaq

  • By admin
  • 08 May 2017 15:54

makron

Fransanın yeni seçilən prezidenti Emmanuel Makron mayın 14-də vəzifələrinin icrasına başlayacaq. Belə bir bəyanatla Fransanın indiki prezidenti Fransua Olland çıxış edib.

Gununsesi.info Figaro-ya istinadən xəbər verir ki, Ollandın sözlərinə görə, o, prezident səlahiyyətilərini mayın 14-də seçkilərdə qalib gələn “İrəli” Hərəkatının lideri Emmanuel Makrona təhvil verəcək.

Makronun uğur karyerası haqqında danışan Olland deyib ki, o, 2016-ci ildə iqtisadiyyat naziri postundan istefa verdi və daha sonra prezident olmaq iddiasını ortaya qoydu: “O, fransızlara bir layihə təqdim edərək, onların qarşısında dayanmaq istədi. İndi isə prezident seçilib. Bundan sonra o, mənim dövrümdə əldə etdiyi təcrübə ilə öz yolunu davam etdirəcək”.

Bununla da Fransua Olland  Makrona uğurlar arzulayıb.

Gununses.info