Fransanın XİN rəhbəri: “ Heç kim Azərbaycanın ərazi bütövlüyünü sual altına almır” - BMT-də QARABAĞ MÜZAKİRƏLƏRİ BAŞLAYIB

  • By admin
  • 22 Sentyabr 2023 00:00

Bu dəqiqələrdə BMT Təhlükəsizlik Şurasında Qarabağda son vəziyyətlə bağlı müzakirələr başlayıb.

Gununsesi.info bildirir ki, müzakirədə Fransanın xarici işlər naziri çızıb edib. Nazir deyib ki, heç kim Azərbaycanın ərazi bütövülyünü sual altına almır: “Məsələ Qarabağdakı ermənilərin təhlükəsizliyinə zəmanətlə bağlıdır”.

Rusiya nümayəndəsi isə çıxışında deyib ki, hazırkı vəziyyət – “həll yolu” Ermənistan Baş naziri Paşinyanın 2022-ci ildə oktyabrdakı razılaşmasının – Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir.
Rusiya nümayəndəsi onu da əlavə edib ki, ölkəsi  Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin tez zamanda tamamlanmasını hamıdan çox istəyir.
Onu da qeyd edək ki, Böyük Britaniya təmsilçisi də çıxışında Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini deyib.

 

Mais

GUNUNSESİ.İNFO