
Fransız aktyor Jerar Depardye Romada fotojurnalist Rino Barillariyə yumruq atıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Depardye bu gün Romanın Via Veneto küçəsindəki məşhur məkanda dostları ilə nahar edərkən Barillarinin onun şəkilini uzaqdan çəkməsi onu narahat edib. Bundan sonra o, fotomüxbirə yaxınlaşaraq ona yumruq atıb.
Ölkədə “paparassilər kralı” kimi tanınan Barillari mətbuata açıqlamasında deyir ki, Depardye ona üç yumruq vurub:” Başım çox ağrıyır. Artıq 15 yaşım yoxdu, 79 yaşım var. Bu gün şəhərdə taksi sürücülərinin tətili idi. Via Venetoda gedərkən o, gözəl bir xanımla tanış oldu. Amma sonra yanıma gəldi və sifətimə üç yumruq vurdu. Bu barədə polisə müraciət edəcəm”.
Fotomüxbirə yardım edən məkanın sahibi Piero Lepore mətbuata açıqlamasında belə səhnələrin əvvəllər də yaşandığını bildirib.
Qeyd edək ki, son illərdə təcavüzdə ittiham olunan Depardye bu dəfə də Romada fotomüxbirə hücum ittihamı ilə gündəmdədir.
Gununsesi.info