Fransız deputatlar Bakıya gəldilər

Fransa parlamentinin deputatları Azərbaycanda səfərdədir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Fransanın Bakıdakı səfiri Zakari Qross “Twitter” hesabında bildirib.

Diplomat qeyd edib ki, Fransa parlamentinin 5 üzvü Azərbaycana səfərə gəlib.

Məlumata görə, Zakari Qross Azərbaycanda səfərdə olan fransız parlamentarilərlə görüş keçirib. Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov da iştirak edib.