Fransız jurnalistlə görüş keçirildi - MƏTBUAT ŞURASINDA - FOTO

  • By admin
  • 28 İyul 2017 21:51

fransiz

Fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Fransuaz Nikola Azərbaycan Mətbuat Şurasında olublar.

Mətbuat Şurasından Gununsesi.info-ya bildiriblər ki, sədr, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, Şura yalnız Azərbaycanda deyil, ümumən postsovet məkanında medianın ilk özünütənzimləmə qurumudur. Onun başlıca missiyası kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir.

Ölkəmizdə medianın hazırkı durumu ilə bağlı ətraflı söhbət açan Əflatun Amaşov, habelə söz və ifadə azadlığı məsələləri ətrafında müqayisələr aparıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Mətbuat Şurasının sədri Azərbaycanda media fəaliyyətinə, eləcə də Şuranın iş prinsiplərinə dair sualları da cavablandırıb.

Gununsesi.info