Fransız müdafiə şirkəti sifariş rekordu qırıb - 47 milyard avro

  • By admin
  • 24 İyul 2024 11:48

Fransanın Thales və aerokosmik şirkət Airbus, daha güclü və daha rəqabətli Avropa biznesi yaratmaq üçün kosmik bölmələrini birləşdirməyi planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransız müdafiə şirkəti Thales-in 2024-cü il üçün çərşənbə axşamı açıqladığı ilk altı aylıq balansında, davamlı artan hərbi müdafiə büdcələri səbəbiylə sifariş rekordunun qırıldığı ifadə edib.

Thales-in sifariş qəbulu ilin ilk yarısında yüzdə 26 artaraq 10,8 milyard avroya çatdığı halda, şirkətin sifariş balansı 47 milyard avroya  çataraq rekord qırıb.

Satışlar ilk yarıda yüzdə 8,9 artaraq 9,5 milyard avroya  çatarkən, “faiz və vergi ödənişlərindən əvvəl mənfəət dərəcəsi” (EBIT) yüzdə 10,4 artımla 1 milyon avronu keçib.