Fransanın Kerchor şəhərinin sakini qəhvə içmək üçün kafeya daxil olub və orada “Euromillions” lotereya bileti alaraq 1 milyon avro qazanıb.
Gununsesi.org-un məlumatına görə, şəhərin sakini bunları deyib: “Gün çox pis başladı. Mən qəhvə istədim, amma qəhvə maşını sınmışdı. Ən yaxın kafeyə getdim və eyni zamanda lotereya bileti də aldım. Həmin gün axşam bir SMS aldım və 1 milyon avro qazandım! Sevincdən qışqırdım. .. bu çox yaxşı xəbər idi”.
Qeyd edək ki, qalib qazandığı pula ev alacağını söyləyib. Həmçinin o, Yeni Zelandiyaya səyahət eləməyi planlaşdırır. Şəhər sakini bildirib: “Bu qazanc mənim həyatımı yaxşılaşdıracaq, ancaq məni dəyişdirməyəcək”.
Gununsesi.org