Fransız qəzetindən insanlığa sığmayan hərəkət – FOTO

  • By admin
  • 12 Mart 2024 12:04

Fransanın solçu qəzetlərindən biri olan “Liberation” tərəfindən Qəzzada Ramazan bayramı ilə bağlı irqçi bir karikatura əks olunub.

Gununsesi.info xəbər verir ki, “Liberation” qəzetində Korin Reyin çəkdiyi karikaturada humanitar faciənin yaşandığı Qəzza zolağında Ramazan ayının necə başladığı müzakirə olunub.

“Qəzzada Ramazan” adlı karikaturada yanında qadın, dili çıxmış uşaq, dağıntılar arasından çıxan əl, ağzından su axan qəzəbli kişi və ağzında sümük parçaları ilə qaçan siçanlar əks olunub.

Sosial media istifadəçiləri, İsrailin məcburi aclığı nəticəsində hər gün onlarla uşağın öldüyü Qəzzada baş verən humanitar faciəni ələ salan karikaturanı sərt tənqid ediblər.

Bəzi istifadəçilər karikatiranın “Fransada İslamofobiyanın nümunəsi” olduğunu bildirsələr də, başqa bir qrup Qərbi ikiüzlülükdə ittiham edərək, Ukrayna xalqı üçün heç vaxt oxşar cizgi filminin çəkilə bilməyəcəyini bildirib.

Qeyd edək ki, 2020-ci ildə ölkədə yaşayan israilli jurnalist Dov Alfon “Liberation” qəzetinin baş redaktoru seçilib.

Daha əvvəl İsrailin “Haaretz” qəzetində Paris müxbiri və redaktor kimi çalışmış Alfon hərbi xidmətini İsrail Müdafiə Nazirliyinin kəşfiyyat bölməsində keçirib.

Gununsesi.info