Fransız siyasilərdən erməni təxribatına görə Makrona – Müraciət

  • By admin
  • 08 İyul 2017 16:55

makron
Fransanın bir qrup siyasətçisi iyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə nəticələnən hadisədən hiddətlənərək ölkə prezidenti Emanuel Makrona müraciət ünvanlayıblar.

Report-un xəbərinə görə,müraciətdə deyilir:

“Cənab respublika prezidenti,

Azərbycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun 25 ildən bəri Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur.
Dünən də Ermənistandan gələn ölüm 2 yaşlı qızcığaz Zəhranın və onun nənəsinin həyatına son qoymuşdur. Bu hadisə aralarında yüzlərlə dəhşətli Xocalı soyqırımının və doğma torpaqlarının işğalı ilə nəticələnmiş əsil etnik təmizləmənin qurbanları olan, öz yurd-yuvaslndan qovulmuş bir milyon azərbaycanlı qaçqın və didərgini bir daha yada salır.

Xüsusilə, yaşadığımız dünyanın narahatlığını nəzərə alaraq ən qısa vaxtda bu münaqişənin ədalətli və dayanıqlı sülh ilə nəticələnməsi üçün yenidən danışıqlara başlanmalıdır, çünki Azərbaycanın təmkinli davranışı olmasa, bu Qafqaz münaqişəsi bütün regionu alova bürüyə bilər.

Bildiyiniz kimi, münaqişənin həllinin fundamental əsasları Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində və eləcə də BMT-nin Baş Assambleyasının 62/243 (2008) saylı qətnaməsində müəyyənləşdirilmişdir və bu sənədlər işğalçı erməni qoşunlarının heç bir şərt qoymadan dərhal və bütünlüklə Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr həyata keçirilmir.

Durum aydındır, beynəlxalq ictimaiyyətin sərəncamında həm səsvermə ilə qəbul edilmiş qətnamələr, həm də münaqişənin həlli yollarını aramaq missiyasını daşıyan Minsk Qrupu var. Azərbaycan torpaqlarının 20%-nin işğalına və bu son 25 ildə davam edən «status-kvo»ya son qoymağın zamanı gəlmişdir. Beynəlxalq hüquq hər yerdə tətbiq edilməlidir, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox mühüm bir məsələdir.

Mütləq və təcili şəkildə Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edilməsini Ermənistana qəbul etdirmək istiqamətində ən qısa zamanda hərəkətə keçməlidir.

Fransa 1997-ci ildən etibarən Rusiya və Amerika Birləşmiş Ştataları ilə birgə Minsk Qrupunun həmsədridir.

Onun tərəfdaşları strateji və ya taktiki səbəblərdən münaqişənin həllinə nail olmaq üçün imkanların səfərbər olunmasında maraqlı görünmürlər.

Vasitəçilərin ləngimələrinə son qoymağın zamanıdır və münaqişənin yenidən başlanması yolverilməzdir. Məhz buna görə də, Cənab Respublika Prezidenti, Minsk Qrupunun həmsədri və Birləşmiş Millətlər Təşkilatı Təhşülkəsizlik Şurasının üzvü kimi, sizin daşıdığınız vəzifələrin öhdəliyinə uyğun olaraq dərhal hərəkətə keçməyinizi xahiş edirik.

Ölkəmizin Qafqazda hərəkət etmək imkanı var. Bizim Ermənistan və Azərbaycanla balanslaşdırılmış siyasi, iqtisadi və dostluq əlaqələrimiz var və bu əlaqələr imkan verir ki, müharibə edən tərəflər bizi eşitsinlər. Bunun üçün bizə, sadəcə, güclü siyasi istək lazımdır.

Fransanın bynəlxalq arenaya qayıdışının işarəti ilə başlayan yeni beşilliyin əvvəlində beynəlxalq hüquqa və insan həyatına hörmət edilməsini təmin etmək məqsədi ilə Fransanın Qafqazda təşəbbüs göstərməsi yerinə düşməzdimi?

Cənab Prezident,

Sizin reaksiya vermək və Qafqazda sülhün bərqərar olunması üçün hər cür ədalətli təşəbbüslər göstərmək istəyinizə inanaraq, ən yüksək ehtiramımızı qəbul etməyinizi rica edirik”.

Raşida DATİ

Keçmş Nazir, Avropa deputatı

Jan-Mari BOKEL

Keçmiş Nazir, Yuxarı Rin bölgəsindən senator

Jan-Pyer DOR

Luare bölgəsindən deputat

Jerom Lamber

Şarant bölgəsindən deputat

Jan-Luk REYTZER

Yuxarı Rin bölgəsindən deputat

Andre VİLYE

Yon bölgəsindən deputat

Andre REYXART

Aşağı Rin bölgəsindən senator, Avropa İşləri Komissiyasının Vitse-Prezidenti, Fransa-Qafqaz Dostluq

Qrupunun Azərbaycan üzrə Sədr müavini

Natali Qule

Orn bölgəsindən senator, Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr komissiyasının Vitse-Prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun Sədr müavini

Jerom BİNyON

Som bölgəsindən Senator

Erik DOLİJ

Luare bölgəsindən Senator

Silvi QOY-ŞAVAN

En bölgəsindən Senator

Alən UPER

Kot-d`Or bölgəsindən Senator

Kristian NAMİ

Möz bölgəsindən Senator

Alən VASSEL

Uaz bölgəsindən Senator

Jan-Fransua MANSEL

« Azərbaycanln Dostları » Birliyinin Prezidenti, sabiq deputat

İv ALBARELLO

Kley-Suyyini (Claye-Souilly) meri, sabiq deputat,

İv FULON

Arkaşonon şəhərinin meri, sabiq deputat

Jan-Mari TETAR

Sabiq deputat, Udan şəhərinin meri

Jorj FENEŞ

Sabiq deputat.

Gununsesi.info