Freddie Merkurinin 3 xatirəsi 4 milyon 300 min dollara satıldı

  • By admin
  • 08 Sentyabr 2023 17:15

Dünyaca tanınmış “Queen” rok qrupunun solisti Freddie Merkurinin iki bəstəsi və pianosu satışa çıxarılıb. 1991-ci ildə ölmədən öncə Londondakı evini içindəki yüzlərlə yaxın dostu Mari Austinə bağışlayan Merkurinin yadigarları böyük qiymətə alıcı tapıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Austin dostunun 500-ə yaxın dəyərli əşyasını olduğu özəl kolleksiyasını açıq satış evi olan Sotheby’s vasitəsi ilə alıcılara təqdim etmişdi.

 

Merkurinin 1975-ci ildə satın aldığı və “Killer Queen”, “Bohemian Rhapsody” kimi mahnılarını bəstələdiyi piano açıq satışda 2 milyon 200 min dollara satıcı tapıb.

“Bohemian Rhapsody” əlyazması isə 1 milyon 700 min dollara satılıb.

‘We Are The Champions’ əlyazması isə 395 min dollara satılıb.

Tərcümə: Arzu

Gununsesi.info