Freedom House: Azərbaycan İnterneti azad olmayan ölkələr sırasındadır

Freedom House-un 2022-ci il üçün hesabatında İnternet azadlığı baxımından Azərbaycan 70 ölkə arasında 51-ci yerdədir (Rusiya 65-ci yerdədir).

Ötən il İnternet azadlığı üzrə vəziyyət 28 ölkədə pisləşib, 26-da isə yaxşılaşıb.

HTML tutorial

Azərbaycan 38 bal toplayaraq “azad olmayan İnternet”ə malik ölkələr kateqoriyasında qalıb.

Hesabatda bu ilin fevralında Azərbaycanda qəbul edilmiş media haqqında yeni qanun məhdudlaşdırıcı müddəalarına görə tənqid edilib. Belə ki, qanun xarici KİV-in maliyyələşdirilməsini məhdudlaşdırır və KİV operatorlarının ölkədə yerləşməsini tələb edir.

Hesabatda həmçinin deyilir ki, sözügedən qanun İnternet-KİV üçün onsuz da məhdud olan mühiti daha da məhdudlaşdırıb və bir çox azərbaycanlı jurnalisti xaricdə işləməyə məcbur edib.

Qazaxıstan 32, Türkiyə 30, Belarus 28, Özbəkistan 27 və İran 16 balla “azad olmayan İnternet”ə malik ölkələr kateqoriyasına düşüblər.

Gürcüstan və Ermənistan “azad ölkələr” kateqoriyasında qalıblar. Gürcüstanın 78, Ermənistanın 74 balı var. Gürcüstan 7-ci, Ermənistan isə 14-cü yeri tutub.

İslandiya 100 ballıq reytinq cədvəlində 95 balla ən azad ölkədir. Sonrakı yerləri Estoniya, Kosta- Rika və Kanada tutublar.

Gununsesi.info