Fridrix Engels haqqında maraqlı faktlar

“Bütün xalqlar qardaşdır!” əvəzinə “Bütün ölkələrin proletarları, birləşin” devizi ilə məşhur olan o idi. O, bütün sovet tələbələrinin kabusu – marksizmin tərkib hissələrinin müəllifidir. Fridrix Engels 200 il əvvəl anadan olub. Bu hadisənin şərəfinə Moskvada Kommunist Partiyasının fəalları və tərəfdarları alman filosofunun abidəsi önünə gül dəstələri qoyublar.

UŞAQLIQDA – XRİSTİYAN PROTESTANT

Ateist marksizmin banisi sayılan Fridrix uşaqlıqda protestant xristian olub. Fridrix 16 yaşında ikən İsa Məsihə günahkar bir dünyaya enmək və onu xilas etmək üçün müraciət etdiyi bir şeir yazıb.

Ov həvəskarı

Engels ictimai həyatı çox sevirdi və ingilis aristokratlarının əyləncəsinin – tülkü ovunda tez-tez iştirak edib. O ingilis aristokratlarının qurduğu məclislərin müntəzəm qonağı olub.

Marksla dostluğu

O, atasından miras qalmış toxuculuq fabrikinə sahib olmağa mane olmasına baxmayaraq, o kapitalizmi tənqid edib. Baxmayaraq ki , o kapitalizmin sərt tənqidçilərindən olub, bu müəssisə vasitəsilə o, dostu Karl Marksın işinə sponsorluq edib. Onunla 40 ilə yaxın dostluğu olub.

Engelsin məşhur “Kapital” əsəri

Məhz Fridrix Engels məşhur “Kapital” əsərinin üzərində işi bitirib. Karl Marks yalnız birinci cildi buraxa bilib. Onun bu əsərdə əvəz olunmaz rolu olub. İkinci və üçüncü cildləri Engels , Marksın ölümündən sonra dostundan qalan qaralamalardan istifadə edərək redaktə etmişdir.

PUŞKİN- Ən sevimli şair

Fridrix Engelsin sevimli şairlərindən biri Aleksandr Puşkin olub. Rus mühacirləri ilə söhbətlərində o, tez-tez “Yevgeni Onegin” şeirindən sitat gətirərdi.

HEÇ EVLİ OLMAMIŞDIR

Fridrix Engels evlilik institutunu rədd edirdi və heç zaman evlənməyib. Lakin onun iki mülki yoldaşı var idi. Maraqlısı odur ki , bu bacılar olub.
Tərcümə: Adil Elxanoğlu
Gununsesi.info