Rusiya FTX-si (FSB) Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini koordinasiya etdiyini təsdiqləyən sənədlər əldə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya kəşfiyyatının bəyanatında deyilir.
Rusiya istiqamətində və MDB məkanında təxribat siyasətini əlaqələndirən əsas struktur Böyük Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Direktorluğudur ki, bu da əsas vəzifəsi Rusiyaya strateji məğlubiyyət vermək olan xüsusi xidmətə çevrilib.
Rusiya kəşfiyyatının məlumatına əsasən, Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin 6 əməkdaşının akkreditasiyasına xitam verilib.
Sözügedən şəxslərin əməllərində kəşfiyyat və təxribat işlərinin əlamətləri aşkarlanıb.
FTX həmçinin bəyan edib ki, Britaniya diplomatlarının işlərində belə əlamətlər aşkar edilərsə, onların Rusiyadakı işlərinə vaxtından əvvəl xitam verilməsini tələb edəcək.
FTX qeyd edib ki, agentlik Britaniya kəşfiyyat xidmətlərinin Rusiyada kəşfiyyat və təxribat işlərini ilk dəfə ifşa etmir. Ukraynada kəşfiyyat məlumatları əldə etmək üçün ukraynalı qaçqınlardan istifadə edən British Council-ın əvvəllər açıqlanan fəaliyyətləri xatırladılır.
Günel
Gununsesi.info