
ABŞ-da FTB prezident Co Baydenin məxfi sənədləri saxlayıb-saxlamadığını öyrənmək üçün Delaver ştatının Rehoboth şəhərindəki evində araşdırma aparıb.
Bu barədə Gununsesi.info ABŞ mediasına istinadən xəbər verir.
Xəbərə görə, olayla bağlı Baydenin vəkili açıqlama yayıb.
Açıqlamaya görə, istintaq prezidentin “tam dəstəyi” ilə əvvəlcədən planlaşdırılıb.
Bayden əməkdaşlıq etdiyinə və evdə axtarış aparılmasına icazə verdiyinə görə axtarış qərarı verilməmişdir.