FTB direktoru Wray-ın Tramp vəzifəyə başlamazdan əvvəl istefa qərarı

  • By Admin2
  • 12 Dekabr 2024 10:17

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey yeni seçilmiş prezident Donald Tramp vəzifəsinə başlamazdan əvvəl tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Trampın yeni dövrdə FTB direktoru vəzifəsinə Kaş Patelin namizədliyini irəli sürməsindən sonra Wray-ın hazırkı vəzifəsini tərk edəcəyi ilə bağlı açıqlama verəcəyi gözlənilirdi.

Qeyd edək ki, 2017-ci ildə Tramp tərəfindən FTB direktoru vəzifəsinə təyin edilən Wray, 6 yanvar 2021-ci ildə Konqres basqınından sonra xüsusilə prosesi idarə etdiyinə görə respublikaçılar tərəfindən tənqid edildi.

Orxan Saffari

Gununsesi.info