FTB Hillari Klinton barəsində yeni araşdırmalara başlayıb

  • By admin
  • 05 Yanvar 2018 11:06

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Hillari Klinton barəsində yeni araşdırmalara başlayıb. 

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, istintaq H.Klinton dövlət katibi vəzifəsində işləyərkən onun rəhbərlik etdiyi “Clinton Foundation” fondunun fəaliyyətimi araşdırır.

İstintaq xeyriyyə fondunun “donorları”nın yardımlar etdikdən sonra dövlətdən kömək alıb-almamalarını aydınlaşdıracaq.

Eləcə də, təşkilatın vergi qanunvericiliyinə əməl edib-etmədiyi yoxlanılır.

H.Klinton və fondun təmsilçiləri isə hələlik heç bir açıqlama verməyib.

Gununsesi.info