FTB rusiyalı jurnalisti saxladı

  • By admin
  • 06 Oktyabr 2019 16:07

ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları Nyu-Yorka “Fort-Ross Dialoqun”a gələn Rusiya Dövlət Dumasının deputatı İnqa Yumaşevanı bir saat dindirib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “RİA Novosti” Rusiya səfiri Anatoli Antonovun sözlərinə istinadən yazıb.

“O, Nyu-Yorkun hava limanında saxlanılıb. Ondan ayrı otağa keçməyini xahiş ediblər və özünü təqdim edən FBR əməkdaşı onu bir saat ərzində dindirib”, – səfir jurnalistlərə deyib.

Onun sözlərinə görə, Yumaşevaya FBR əməkdaşı ilə qeyri-rəsmi şəkildə görüşmək və ünsiyyəti davam etdirmək təklif olunub. Səfir bildirib ki, deputata tamamilə başa düşülməyən, aydın olmayan suallar verilib.

Antonov FBR-in addımlarını biabırçı adlandırıb, səfirlik ABŞ Dövlət Departamentinə etiraz notası yollayıb.

 

 

Gununsesi.org