FTB vurulan Çin dirijablının qalıqlarını araşdırır

FTB Atlantik okeanı üzərində ABŞ hərbçiləri tərəfindən vurulan Çin dirijablının qalıqlarını tədqiqat edirlər. İndiyədək dalğıclar onun elektronikasının yalnız “kiçik bir hissəsini” aşkar edə biliblər və topun məqsədi ilə bağlı yekun nəticə çıxarmaq hələ tezdir, Federal Təhqiqatlar Bürosu qeyd edib. Dağıntıların axtarışı davam edir.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Daha əvvəl ABŞ Dövlət Departamenti bildirib ki, başqa şeylərlə yanaşı, ballistik raketlərin nüvə başlıqlarını daşıya bilən silosların yerləşdiyi Montana ştatı üzərindən uçan dirijabl tamamilə kəşfiyyat şarına bənzəyir. Pekin isə hava şarının kursdan çıxan meteoroloji zond olduğunu iddia edib.

Vaşinqton hesab edib ki, Çinin belə dirijabllardan istifadə etməklə kəşfiyyat məlumatlarının toplanması üçün bütöv proqramı var.
Gununsesi.info