

Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktpru Aleksandr Bortnikov Sankt-Peterburq metrosunda baş verən terraktdan sonra həbs olunanalarla bağlı detalları açıqlayıb.
Gununsesi.info “rian.ru”-ya istinadən xəbər verir ki, terrakt faktı ilə bağlı aparılan cinayət işi barəsində məlumat verən A. Bortnikov deyib ki, həyata keçirilən əməliyyat – axtarış nəticəsində istintaq orqanları terrorçu təşkilatın 8 üzvü saxlanılıb.
“Onlardan 6-sı Sankt-Peterburqda, 2-si isə Moskvada saxlanılıblar. Hansı ki, saxlanılarnların hamısı Orta Asiya ölkələrindən olan insanlardır”- deyə, FTX direktoru vurğulayıb.
O, deyib ki, həyata keçirilən əməliyyat-axtarış zamanı saxlanılan şəxslərdən xeyli sayda silah-sursat aşkar edərək götürüblər:
“Hazırda xüsusi xidmət orqanları terrkatın təşkilatçısını axtarmaqla məşğuldur”.
Qeyd edək ki, aprelin 3-də Sankt –Peterburq metrosunda terrakt hadisəsi baş verib və hadisə nəticəsində 10-dan artıq insan ölüb, 50-dən artıq insan isə yaralanıb.
Ölən və yaralılanlar arasında azərbaycanlı da olub.
Terrakt hadisəsinin icraçısının isə Qırğızıstanəsilli Akbarcan Cəlilov olduğu bəlli olub.
Mürtəza
Gununsesi.info