Fuad Əhmədlinin məhkəməsi başlayır

  • By admin
  • 12 Aprel 2017 10:32

 

D2082686-24FA-4E1D-AF0C-3FCC5F14B3F4_w1023_r1_s

Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə hazırlıq iclası  başlayacaq.

F.Əhmədlinin vəkili vəkili Əsabəli Mustafayevin Gununsesi.info-ya verdiyi  xəbərə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edəcək. Ə.Mustafayev bildirib ki,  müdafiə tərəfi F.Əhmədlinin barəsində cinayət işinin bəraətverici əsaslarla dayandırılmasına nail olmaq niyyətindədir.
Prosesin vaxtı barədə müdafiə tərəfinə bilgi verilməyib.

Vəkil qeyd edib ki, məhkəmə iclasının vaxtı barədə ona və F.Əhmədlinin ailəsinə rəsmi məlumat verilməyib: ““Biz məhkəmə iclası barəsində təsadüfən öyrənmişik. Fuad  evə zəng edərək bildirib ki, aprelin 13-də məhkəməsidir” .
Ə.Mustafayev qeyd edib ki, əgər məhkəmə barəsidə məlumatı olmasaydı, hazırlıq iclasına dövlət vəkili təyin ediləcəkdi.
Onun sözlərinə görə,  məhkəmənin hərəkəti müdafiə tərəfinin imkanlarını məhdudlaşdırır. Ə.Musatafayev onu da vurğulayıb ki,  vəkilin iclasa hazırlaşmasına cəmi 1 gün qalıb.

Gülnaz Qənbərli

Gununsesi.info