Azərbaycan Naminə Demokratiya Hərəkatının (AND) üzvü Fuad Əkbərov İnterpol tərəfindən saxlanılıb.
Gununsesi.org bildirir ki, APA-nın məlumatına görə, İnterpol əməkdaşları Almaniyada yaşayan Fuad Əkbərovu bu gün səhər saatlarında Belçikanın paytaxtı Brüsseldə saxlayaraq, yerli polisə təhvil veriblər.
Avropada fəaliyyət göstərən AND-ın üzvü olan Fuad Əkbərovun Azərbaycan hökumətinin sorğusu əsasında saxlanıldığı bildirilir. Saxlanma səbəbi hələlik açıqlanmayıb.