Fuad Məmmədov da Prezidentin fərdi təqaüdünü alacaq

  • By admin
  • 09 Avqust 2016 15:16

serencam

 

Ölkə prezidenti İlham Əliyev Fuad Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 

Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gununsesi.info