Fuad Muradov German Zaxaryayevə medal verdi

“STMEGİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Komitədən Gununsesi.info-ya verilən məlumata görə, “STMEGİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.

HTML tutorial

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə olan yəhudi icmaları ilə yaxından əməkdaşlıq edilir, koordinasiya və birgə fəaliyyət imkanları daim diqqətdə saxlanılır.

G.Zaxaryayev Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Fuad Muradov medalı German Zaxaryayevə təqdim edib.

Görüşdə gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq perspektivləri barədə də danışılıb.