Gununsesi.info Modern.az-a istinadən bildirir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsi məlumat verib.
Qeyd olunub ki, Rusiya Azərbaycan Gənclər Təşkilatının regional bölmələrinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək gənclərin Azərbaycan diasporunun fəaliyyətində oynadığı önəmli rol barədə danışıb.
Komitənin sədri həmçinin Həştərxan vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, nümayəndələri və Həştarxanda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. Azərbaycanın diaspor strategiyası, Komitənin fəaliyyətinin prioritet istiqamətləri, gələcəkdə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi və s müzakirə edilib.
Sonda diaspor təşkilatlarının təmsilçilərinə xatirə hədiyyələri təqdim edib.