Fuad Muradov üçüncü sınaqdan da alnıaçıq çıxdı - YAXUD, DİASPORA KOMİTƏSİNİN FƏALİYYƏTİNƏ SÖZARDI/ VİDEO

  • By admin
  • 07 Mart 2022 12:43

Rusiyanın Ukraynaya faşist hücumu həm də bu ölkədə yaşayan digər xalqların təmsilçilərinin təhlükəsiz şəkildə təxliyyə olunması, ölkələrin diaspor qurumlarının bu dövlətdə hansı formada təşkilatlanmasının bir testi oldu. 

Azərbaycanlıların da Ukraynada kütləvi şəkildə yaşamasını nəzərə alsaq, bu dost ölkəyə edilən düşmən hücumu həm də bizim vətəndaşların təhlükəsizliyi məsələsinin həllini aktuallaşdırdı. 

Sosial şəbəkələrdə və mediada yayılan məlumatlar, araşdırmalar Azərbaycanın Diasporla İş Üzrə Dövlət  Komitəsinin fəaliyyəti üçün də bir test oldu.

Düzdür, bu müharibədən əvvəl baş verən iki mühüm olay- Pandemiya və İkinci Qarabağ müharibəsi  Diasporla İş Üzrə Dövlət Komitəsinin və onun rəhbəri Fuad Muradovun necə çalışmasını isbatlamışdı.

“Covid-19” pandemiyası sürətlə yayılan ilk günlərdən xaricdə olan azərbaycanlıların  ölkəyə gətirilənədək günlərlə hava limanlarında və sərhədlərdə yemək və qalmaq problemlərinin öhdəsindən Diaspora Komitəsi gələ bilmişdi. Bununla bağlı faktlar çox olduğundan konkret nümunəyə də ehtiyac yoxdur. 

Diaspora Komitəsinin fəaliyyətində digər bir   sınaq İkinci Vətən Savaşımız dönəminə təsadüf etdi.

Fuad Muradov dönəminə qədər diaspor qurumlarımız arasında elə bir bir uçurum var idi ki,  hətta burada ermənilərlə düşmənçiliyimiz arasında paralelllik aparılırdı.

Fuad Muradovun komitə rəhbərliyinə gətirilməsindən qısa zaman sonra bu məsələlər öz həllini tapa bilib. Bunun isə səbəbi o idi ki, zamanında Azərbaycanın xarici ölkələrdəki diasporası təşkilatlanmışdı.

Bu müharibədə ukraynalılardan fərqli olaraq, Azərbaycan dövləti Türkiyə və Pakistan istisna olmaqla düşmənlə təkbaşına savaşırdı.

Təbii ki, müharibədə qalibiyyətin əsas amillərindən biri hərbi güclə yanaşı həm də siyasi, ümummilli birlikdir. Bu prosesdə də Fuad Muradovun komandası dünya azərbaycanlılarını Azərbaycanın haqq davasında toparlaya bildi. Ayrı-ayrı ölkələrdə Qarabağa azadlıq şüarları ilə keçirilən aksiyalardan tutmuş, xaricdə yaşayan imkanlı soydaşlarımızın Vətən savaşında etdikləri maddi dəstək də xüsusi vurğulanmalıdır.

Diaspora Komitəsinin üçüncü qiymətləndirilməli olan işlərindən biri də Rusiyanın Ukraynaya hücumu zamanı ortaya çıxdı.  Müharibənin ilk günlərindən rus ordusunun mülki əhalini hədəfə alması  həmin bölgələrdə onlarla dinc sakinin faciəvi şəkildə həlakı ilə nəticələndi.

Bu məqamda Azərbaycanın səfirliklərinin, diaspora qurumlarının da üzərinə bir missiya düşdü. Bu prosesdə Azərbaycanın Diaspora Komitəsinin xüsusi rolu danılmazdır.

Mühariənin ilk günlərində Ukraynanın təhlükəli ərazilərində olan soydaşlarımızın müəyyən olunması, onların təhlükəsiz yerlərə köçürülməsi üçün Komitə 24 saat iş rejimində çalışdı.

Təqdiralyiq haldır ki, bu proses yenə də davam edir.

Sadə bir azərbaycanlı ailəsinin sağ-salamat şəkildə müharibə bölgəsindən kənarlaşan zaman çəkdiyi bu görüntülər də Diaspora Komitəsinin işini hansı səviyyədə qurmasına bir nümunə oldu.

Gununsesi.info