Diaspora Komitəsi Fuad Muradov dönəmində - ARAŞDIRMA

  • By admin
  • 30 Dekabr 2020 18:58

Sabahdan dünya yeni təqvim ilinə qədəm qoyur. Yola saldığımız 2020-ci il dövlətimiz və xalqımız üçün tarixlərə yazılacaq bir dövr kimi qaldı.

Azərbaycan xalqı 30 ilə yaxın işğalda olan tarixi torpaqlarını düşməndən azad etdi.

Dünyanıın harasında yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu haqq davasında dövlətin yanında oldu.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti hər qələbə xəbərini bəyan edəndə xalqımızın milli birliyini böyük qüruru hissi ilə vurğulayırdı.

Bu prosesdə fəaliyyəti xüsusi vurğulanmalı olan bir dövlət qurumunu da xatırlamaq yerinə düşər.

Söhbət Diasporla İş üzrə Dövlət Komitəsindən gedir. O komitə ki, müharibə dönəmində dünyanın bütün yerlərində öz gücünü səfərbər etdi.

Bir zamanlar parçalanmış, intirqa içərində fəaliyyət göstərən Azərbaycan diasporu bu gün bir yumruq kimi ölkəmizin milli maraqlarının keşiyində durub.

Bu siyasəti isə  yüksək səviyyədə adıçəkilən komitəsinin sədri Fuad Muradov həyata keçirdi.

Azərbaycan  gerçəkliklərini dünya dövlətlərinə  çatdırmaqda bu komitənin işi, əməyi və bilavasitə komitənin sədri Fuad Muradovun gördüyü işlər danılmazdır.

Məhz Muradov bu quruma sədrlik edəndən davamlı ardıcıl səyi, əməyi nəticəsində diasporumuz təşkilanlandı.

Fuad Muradovun bu posta təyinatından sonra parçalanmış vəziyyətdə olan diaspor təşkilatları birləşdilər, ölkəmizin maraqları üçün çalışmağa başladılar.Uzun illər bir-biri ilə konfiliktdə olan həmyerlilərimiz ölkə adına bir araya gələ bildilər.

Komitənin cari ildəki fəaliyyəti ilə bağlı araşdırmamızda da müsbət nəticəni görməmək mümkün deyil.

Dövlət başçısının ətrafında sıx birləşən soydaşlarımız Azərbaycana dəstək məqsədilə, ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirdilər.

Müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb. Dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb.

 

Yola saldığımız ildə 3 istiqmətdə fəaliyyət göstərən komitə pandemiya dövrü, iyul ayında başlayan Tovuz hadisələri və Vətən müharibəsi dönəmlərini prioritet seçib.

Soydaşlarımıza müraciət edilərək, mövcud vəziyyətdə daha çevik olmaq və mümkün imkanları səfərbər edərək ehtiyacı olan insanlara dəstək göstərilməsi töfsiyyə olunub;

 

Müxtəlif ölkələrdə fəaliyyət göstərən 10 Azərbaycan evi, dünyanın 25 ölkəsini əhatə edən və 121 diaspor təşkilatını özündə birləşdirən 11 Koordinasiya Şurası, bir sıra diaspor təşkilatları, bir çox diaspor fəalları qərargah və qaynar xətt yaradaraq soydaşlarımıza müraciət edərək bütün mümkün köməyi etməyə hazır olduqlarını bildiriblər.

Soydaşlarımız sosial şəbəkə üzərindən müraciətlər edərək öz köməklərini təklif edir, hətta mənzillərində neçə nəfəri yerləşdirə biləcəklərini də qeyd edib;

Müxtəlif ölkələrdə iş adamları soydaşlarımıza təmənnasız mümkün dəstəyi göstərib;

26 mart – 01 iyul 2020-ci il tarixlərində Dövlət Komitəsinə  ümumilikdə 5973 müraciət daxil olub.

Dövlət Komitəsinə 51 ölkədən daxil olmuş müraciətlərə, eləcə də XİN, səfirliklər tərəfindən edilmiş müraciətlərə əsasən,  33 ölkə üzrə 6853 nəfərə maddi yardımlar edilib;

COVID-19 pandemiyası ilə bağlı Vətənə dönə bilməyən minlərlə insana maddi və mənəvi yardım edilib.

COVID-19 pandemiyası dövründə 01 iyul 2020-ci il tarixədək dünyanın 50-ə yaxın ölkəsindən 500-dən çox soydaşımızın qatıldığı 45 videokonfrans təşkil olunub;

 

COVID-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə insanların bir yerə toplaşmasına məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, ümumilikdə 26 ölkədə 25000-dən çox insanın iştirak etdiyi 71 aksiya keçirilib.

 

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı 2020-ci il 12 – 31 iyul tarixlərində görülən işlərə dair 2143 mənbədə 144 xəbər yayımlanıb.

 

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi 12 iyul təxribatı ilə bağlı 12-30 iyul 2020- ci il tarixlərində  36 xarici ölkədən 128 bəyanat ünvanlanıb.

– İngilis, rus və fransız dillərində Tovuz təxribatları və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətləri əks etdirən məktub hazırlanaraq Azərbaycan Diaspor Könüllüləri, xaricdə və Azərbaycanda yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə 1000-lərlə məktublar göndərilib;

– Diaspor FM, Dövlət Komitəsinin “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube”-dakı hesablarında mütəmadi olaraq müvafiq məlumatlar paylaşılıb;

– Ermənistanın 12 iyul tarixli Tovuz təxribatı ilə bağlı Azərbaycan bir terebaytlıq informasiya bazası formalaşdırılıb.

–  Ümumilikdə, 40 ölkədə 20 dildə 180 məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həştəqlər ilə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşılıb.

 

2020-ci il 27 sentyabr tarixindən etibarən işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlarla bağlı 45 gün ərzində icra edilən diaspor fəaliyyəti…

 

– Müxtəlif ölkələrin rəsmi şəxslərinə beynəlxalq təşkilatlara və yerli idarə qurumlarına göndərilən, o cümlədən, sosial şəbəkələr və media qurumları  üzərində ünvanlanmış bəyanat və müraciətlərin   sayı – 391 bəyanat və müraciət

Azərbaycanda yaşayan  müxtəlif icmalar və diaspor təşkilatları ilə görüşlər keçirilmişdir.

Aksiyalar, yürüşlər, avtoyürüşlər, toplantılar, mətbuat konfransları və anım mərasimləri mitinq xarakterli tədbirlər keçirilib.

Kütləvi İnformasiya Vasitələri, Sosial Şəbəkələr, Poster, Afişa, Şüar, Videoçarx və Elektron Lövhələr quraşdırılıb.

Müvafiq zaman kəsiyində Komitə sədri Fuad Muradov bir çox telekanallara müsahibələr verib. Komitə əməkdaşları -14 verilişdə iştirak ediblər

27 sentyabr-10 noyabr tarixlərində dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunmuşdur:

 

  • Komitə, Azərbaycan diasporu, Azərbaycanda yaşayıb, fəaliyyət göstərən icmalar tərəfindən xarici KİV-də dərc edilmiş məqalələr- 26 xarici dildə 355 məqalə
  • Sosial şəbəkələrdə Azərbaycan ziyalıları, məşhur soydaşlarımız, eyni zamanda ayrı-ayrı fərdlərin onlarla paylaşımı və müraciəti

 

AR Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlıq etdiyi jurnalist və ziyalılardan ibarət qrup tərəfindən Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor nümayəndələri ilə sıx əlaqə saxlanılmış, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra tədbirlər reallaşdırılmışdır.

Ön cəbhədə gedən müharibənin ruhuna uyğun olaraq, arxa cəbhədə təbliğat-təşviqat – “informasiya maşını”nın hücumda olması ilə bağlı konkret addımlar atılmışdır.

Rusiya, Fransa daxil olmaqla, bir çox ölkələrin elm və ictimai xadimləri ilə (tarixçi alimlərlə) əlaqə qurulmuş, onlardan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə obyektiv münasibət bildirmələri xahiş olunub.

Fransanın bir neçə şirkətinin buradakı təmsilçiliyinin rəhbəri ilə görüş keçirilmişdir.

Azərbaycanda yaşayan-işləyən 250 nəfərə yaxın fransızın bu istiqamətdə məlumatlandırılmasına razılıq əldə olunmuşdur.

Onların televiziyalara çıxışlarıyla bağlı statistik mənzərə belədir:

 

Xarici telekanallarda 98 dəfə canlı yayıma qatılıblar.

Komitə tərəfindən Azərbaycan həqiqətlərini əks etdirən 55 – dan çox qısa video hazırlanaraq sosial şəbəkə üzərindən yayımlanmışdır.

 

Müxtəlif tərtibatlı 100 ədədə yaxın şüar, (“Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!”, “Azərbaycan ədalət tələb edir!” və “Ermənistanın təcavüzünü dayandırın” və s. kimi yazılarla) afişa və posterləri yerləşdirmiş, nümayiş etdirmişlər.

 

Məhz Ordumuz və şəhid ailələrinə Amerika və Avropa regionundan, Rusiya, Gürcüstan və Türkdilli dövlətlər tərəfindən maddi, Küveyt, Səudiyyə Ərəbistanı, İordaniya, Yaponiya, Avstraliya, Hindistan, Livan tərəfindən maddi və ya əyani vəsaitlə göstərilib.

İşğalçı Ermənistan ordusu tərəfindən ölkəmizə qarşı 27 sentyabr 2020-ci il tarixində başlamış davamlı hərbi təxribatlardan sonra Fondun dəstəyi ilə 11 tədbir tədbir həyata keçirilib.

 

Diaspor təşkilatları Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən 30 ölkədən 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunur.

 

 

Milli Məclisin deputatı Naqif Həmzəyev də  Gununsesi.info-ya açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyətini yüksək qiymətləndirib.

Deputat bildirib ki, əvvəl görülən işlərlə Fuad Muardovun komitəyə sədr təyin olunmasından sonra görülən işlər arasında fərq olduqca böyükdür.

 “Bidiyiniz kimi, iyul ayında ermənilər təxribat törətdilər. Onlar Azərbaycan ərazisindən yeni torpaqlar almaq almaq iddiasına düşdülər Bizim vətəndaşlarımız, hərbçilərimiz şəhid oldu. Lakin Azərbaycan ordusu bu təxribatın qarşısını aldı və düşmənə ağır zərbələr endirdi.

Həmin ərəfələrdə Azərbaycan Diaspor Komitəsi dünyanın müxtəlif ölkələrində öz fəallıqlarını artırdı. Azərbaycanın gerçəklərinin dünyaya çatdırıması sözün əsl mənasında Azərbaycan diasporasının gücünü göstərdi. Bir şeyi nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi bildirmişdi ki, bir millətin iki diaspora təşkilatı olmamlıdır. Bu işdə Türk diaspora təşkilatı, türk qardaşlarımızın da, əməyi danılmazdır. Onlarda Azəbaycan həqiqətlərini dünyaya çatdırdılar.

Qeyd edə bilərik ki, illər əvvəlki Diaspora təşkilatı ilə indi ki, Diaspora təşkilatının fəaliyyəti arasında böyük fərq var. Biz təkcə cəbhədə deyil, eyni zamanda informasiya müharibəsi də aparırıq. Sosial mediada  bizim diaspora gənclərimiz fəallıq göstərdilər. Burada da Diaspora təşkiatının və Fuad müəllimin böyük rolu var”.

 

Millət vəkili eyni zamanda Azərbaycanın xaricdəki diaspor təşkilatlarının fəaliyyəti arasında da müqayisə aparıb:

“Açığı, 2018-ci ilə qədər də Diaspora təşkilatı müəyyən işlər görürdü, müəyyən uğurlar var idi. Ancaq 2018-ci ildən başlayaraq  Azərbaycanda islahatlar aparılmağa başladı. Cənab Przidentin özünün həyata keçirildiyi islahatlar, öz töhvəsini verməkdədir. Gənc kadrlar məsul vəzifələrə təyin edildi. Onlardan biri də Fuad Muradov idi.

İstər-istəməz gənclərin bu vəzifələrə gətirilməsi və komitənin gəncləşdirilməsi fərqin olduğunu göstərir. Fuad Muradov bundan əvvəl mənim həmkarım olub. Fuad müəllimin yeniliyə açıq olması, hər zaman gənclərə üstünlük verməsi Diaspora fəaliyyətində də özünü göstərdi. Diaspora fəaliyyətində fərqli yanaşmalar oldu.

Bundan əvvəl bütün dəstək Azərbaycan hökümətinin maliyyəsi hesabına başa gəlirdisə, artıq bu sahədə qənaətə üstünlük verilir. İndi şəffalığa üstünlük verilir. Bütün görülən işləri Azərbaycan Diaspora Komitəsi kordinasiyalı həyata keçirdi. Müxtəlif ölkələrdə mərkəzlər yaradıldı. Və bizim soydaşlarımızın təşkilatlanması üçün yeni bir model işlənilibdir.

Bu il Diaspor üzvləri, Diaspor gəncləri xüsusi fəallığı ilə seçildi. Uğurlar var. Ancaq görüləcək işlər də çoxdur. Mən düşünürəm ki, 2021-ci ildə Diaspora komitəsinin üzərinə böyük yük düşür”.

Biz də Gununsesi.info kollektivi olaraq,  Diasporla İş üzrə Dövlət Komitəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar azrulayırıq.

Turanə Tağızadə

Gununsesi.org