Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı

  • By admin
  • 28 Noyabr 2016 11:55

fuad 

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi təxirə salınıb.

Gununsesi.info-nun xəbərinə görə,  prosesə təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri gəlməyib.

Hakim elan edib ki,  proses günün ikinci yarısında davam edəcək. 

Gülnaz Qənbərli

Gununsesi.info