Fuad Qəhrəmanlı konstitusiya quruluşunu zorla dəyişməkdə ittiham olunur

  • By admin
  • 25 İyul 2020 11:28

 

Bakının Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.org-un xəbərinə görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə açılmış cinayət işi və əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ittiham olnur.

Fuad Qəhrəmanlı haqqında həbs-qətimkan tədbirinin müddəti 3 ay müəyyən edilib.

Qəhrəmanlının özü məhkəmədə ittihamları rədd edib.

Gununsesi.org