Fulya Öztürk mükafatını Qarabağ şəhidlərinə həsr etdi - Foto

9-cu Türk Dünyası Mükafatlandırma Tədbirində türkiyəli tanınmış jurnalist Fulya Öztürk “ilin müxbiri” mükafatına layiq görülüb.

 

Gununsesi.info  xəbər verir ki, o, mükafatını Qarabağ şəhidlərinin əziz xatirəsinə həsr etdiyini bildirib.

 

34 yaşlı Öztürk hal-hazırda “CNN Türk” telekanalının əməkdaşıdır. O, Suriyada vətəndaş müharibəsi, Rohinca soyqırımı və İkinci Qarabağ müharibəsindəki jurnalistik fəaliyyəti ilə tanınır.

 

Öztürk “İlin müxbiri” və “Ən yaxşı özəl xəbər” kateqoriyalarında onlarla mükafata layiq görülüb.

 

 

Gununsesi.info