Son günlərdə Türkiyədə baş verən silsilə terror hadisələrini törədənlər ilk olaraq sapı özündən olan düşmənlərdir.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən ardıcıl terror hadisəsi Suriya məsələsi ilə bağlıdır. “Bu Türkiyəyə düşmən qüvvələrin əməlidir. Onlar bu yolla Türkiyəni zəiflədərək, sıradan çıxarıb, öz məkrli niyyətlərini realalşdırmaq istəyirlər. Təəssüflər olsun ki, bu gün Türkiyənin düşməni bir deyil, çoxdur. Bunlar həm daxildədir, həm də xaricdə. Daxildəki qüvvələr xaricdəki qüvvələrdən dəstək alaraq Türkiyəni məhv etməyi qarşılarına hədəf qoyublar. Bunların birincisi, obrazlı desək, sapı özündən olan baltalardır. Yəni erməni adını dəyişərək Türk qoyan, ancaq erməni genini daşıyanlardır. Belə desək Türkün əzəli-əbədi düşməni olan ermənilər. Çünki bu gün Türkiyədə ermənilər yetərincə yüksək məqam və imkana sahibdirlər. Fürsət düşən kimi Türkiyəni diz çökdürməyə çalışırlar. Ona görə ki, hələ keçən əsrin 70-ci illərində dünyada bu millətə məxsus ən böyük terror təşkilatı ASALA idi və bu terrorçu təşkilat Türklərə qarşı nə qədər cinayət hadisələri törətdilər. Bunu beynəlxalq aləmdə bilirdi və susurdu”- deyə millət vəkili vurğualyıb.
F. İbrahimli əlavə edib ki, Türkiyənin ikinci əsas düşməni parlamentdə əyləşən bölücü terrorçu təşkilatları təstəkləyən HDP-ci deputatlar və bu təşkilatdır. “Üçüncüsü, Amerikanın qucağında əyləşib, özlərinə yaxşı imkanlar əldə edərək Türkiyəni idarə etmək iddiasına düşən və ölkədə hakimiyyəti ələ keçrimək üçün dövlət çevrilişinə cəhd edib edərək, Türkiyəni fəlakətə sürükləyən Gülənçilərdir. Dördüncüsü, Ermənistandır ki, hər vasitə ilə Türkiyənin zəifləməsinə və parçalanmasına çalışır. Nəhayət, Ərdoğan siyasətindən narazı olan qüvvlərdir. Düzdür, bunlar terroru dəstəkləməsələr də, onların bu mövqeyi belə hərəkətlərə yol açır.
Ən sonuncusu isə xarici güclərdiri ki, onlar bölgədə öz məkrli planlarını həyata keçirmək, Türkiyəni paçalamaq üçün istənilən metoda əl atırlar. Onlar üçün insan itkisi bir o qədər d əəhəmiyyət kəsb etmir, təki planlarını reallaşdırsınlar. Ona görə də Türkiyəyə “parçala , hökm sür” siyasətini həyata keçirirlər. Onlar bunun üçün həm din, həm də milli faktordan istifadə edirlər. Baxmayaraq ki, üzdə terroru pisləsələrdə, arxada bu terrora hər vasitə ilə dəstək verirlər. Ümid edirəm ki, Türkiyə bu terrora qarşısinə gərəcək və düşmənlərin bu məkrli planlarının həyata keçməsinə imkan verməyəcək”- deyə, o, bildirib.
Mürtəza
Gununsesi.info