Futbol matçını izləmək üçün kran icarəyə götürdü

  • By admin
  • 12 İyun 2020 10:40

Polşa Premyer Liqasının 29-cu turunda keçirilən “Şlyonsk” – “Visla Plotsk” matçını izləmək istəyən azarkeş icarəyə kran götürüb.

Gununsesi.org xəbər ki, “Şlyonsk” azarkeşi qarşılaşmanı 22 metr hündürlükdən izləyib.

Qeyd edək ki, qarşılaşma “Şlyonsk”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, koronavirus səbəbindən Polşada matçlara azarkeşlər buraxılmır.

 

Gununsesi.org