Futbol millimizin məşqçilər korpusunda italiyalıların sayı üçə çatdı

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha iki köməkçisi məlum olub.

Gununsesi.org xəbər verir ki, bunlar Benni Karbone və Klaudio Beluççidir.

HTML tutorial

Karbone son olaraq 2017/2018 mövsümündə İtaliyanın “Krotone” klubunda köməkçi məşqçi işləyib. Kladuio Beluççinin son klubu isə “Albissolo” (2018/2019) olub.

Qeyd edək ki, italiyalı baş məşqçinin daha bir köməkçisi azərbaycanlı Arif Əsədov olacaq. Bu barədə AFFA İcraiyyə Komitəsi dünən qərar verib.

“Qarabağ”ın sabiq futbolçusu, hazırda ABŞ-ın “Nyu York Kosmos” klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilsə də, bu reallaşmayacaq.

Xatırladaq ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

Gununsesi.org