Futbol oyununda izdiham: 12 nəfər öldü

  • By admin
  • 22 May 2023 09:24

El Salvadorda oynanan futbol maçında tribunalarda izdiham çıxıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yaşanan izdiham olayında 12  nəfər can verib.

Yüzlərlə insan yaralanıb. Aralarında qadınlar və uşaqlar da var.

Hadisə Alianza və FAS futbol klubları arasında yaşanan qarşılaşma zamanı olub.

İzdihamdan sonra dövlət rəsmiləri təhqiqat başladıblar.

 

Tərcümə: Arzu

Gununsesi.info