Futbol üzrə Azərbaycan çempionunun Şimali Makedoniya klubu ilə oyunu ləğv olundu

19 yaşadək futbolçular arasında Azərbaycan çempionu olmuş “Qəbələ” klubu UEFA Gənclər Liqasında iştirak edə bilməyəcək.

Gununsesi.info xəbər verir ki, buna səbəb UEFA İcraiyyə Komitəsinin cari mövsümü ləğv etməsidir.

HTML tutorial

Qurum koronavirus pandemiyasına görə gənc futbolçuların sağlamlığını nəzərə alaraq müvafiq addım atıb. Öncə turnirin formatını dəyişən UEFA yarışın təşkil olunmamasını daha məqsədəuyğun sayıb.

Qeyd edək ki, “Qəbələ” turnirə Çempionlar yolunun 1/32 finalından başlamalı idi. “Qırmızı-qaralar”ın martın 4-də Şimali Makedoniyada “Şkendiya” klubu ilə görüşü nəzərdə tutulmuşdu. Turnir ləğv edildiyindən bu qarşılaşma keçirilməyəcək.

Gununsesi.info