Futbol üzrə dünya Kubokunun əsli İlham Əliyevə təqdim edilib

  • By admin
  • 09 Fevral 2018 14:46

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Gununsesi.info xəbər verir ki, fevralın 9-da Kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Gununsesi.info