
Rusiyanın Krasnoselsk Rayon Məhkəməsində futbolçu Andrey Arşavinlə həyat yoldaşı Alisa Kazminanın boşanma prosesi ilə əlaqədar iclas keçirilib.
Gununsesi.org “Regnum” informasiya agentliyinə istinadən xəbər verir ki, alimnet borcuna görə Arşavinin ölkədən çıxışına qadağa qoyulub. Bu haqda bu haqda jurnalistlərə futbolçunun həyat yoldaşının vəkili Aleksandr Dobrovinski məlumat verib.
Vəkil onu da əlavə edib ki, futbolçu aylıq 350 min rubl məbləğində alimenti ödəmək istəmir.
“Onun borcu yığılıb. Onun ölkədən çıxışına qadağa qoyulub”, – deyə Dobrovinski bəyan edib.