
“Fənərbağça” futbol klubunun ulduzu Miroslav Stox yenə diqqət mərkəzindədir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Stox sevgilisinə “Porsche” markalı CIP hədiyyə edib. Belə ki, Slovak əsili futbolçu M. Stox bu yaxınlarda ata olacaq.
Futbolçunun çexəsilli model sevgilisi Pauli Bedzetiova hədiyyə etdiyi avtomobilin qiyməti 320 min TL (təxminən 160 min AZN) məbləğində olduğu iddia edilir.
Model “İnstaqram” hesabında avtomobilin fotosunu paylaşaraq, altından “Nə gözəl bir hədiyyə. Təşəkkürlər sevgilim. Çox xoşbəxtəm”-, yazaraq duyğularını bölüşüb.
Anar
Gununsesi.info